İdman

Robert Prosineçki: “Belə oynasaq, istənilən komandanı məğlub edə bilərik”

DÇ-2018-in seçmə mərhələsinin 5-ci turunda milli komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniyaya 4 – 1 hesabı ilə məğlub olub.

İdmanxeber.com-un məlumatına görə, bərabərliklə yollansaydıq, bəlkə də hər şey başqa cür olardı.

-Renat Dadaşpvun heyətdən kənarlaşdırılmağının səbəbi nədi?

-Renatımn 18 yaşı var. İlk dəfə idi milli ilə birlikdə olurdu. Çox istedadlı futbolçudu. Gələcəkdə onun xidmətindən çox istifadə edəcəyik. Öz üzərində işləməlidi. Renat Dadaşovun belə rəqibə qarşı oynaması üçün hələ tezdi. Gələcəkdə ona şans verəcəm.

– Oyunöncəsi mətbuat konfransında dediz ki, rəqibi tam analiz etmişik. Məğlubiyyətin səbəbi nə idi? Futbolçular tapşırıqlarınızı meydanda düzgün yerinə yetirə bilmədilər?

– Rəqibin futbolçuları bizdən çox üstündülər. Baxın, onlar hansı klublarda oynayırlar. Yalan danışmaq istəmirəm. Komanda bacardığını meydanda göstərdi. Maksimum mübarizə apardıq. Peşəkar futbol oynayanlar məni başa düşər. Bundan çox nəsə edə bilməzdik. Almaniyanın futbolçuları hər həftə top futbol oynayırlar.

– Oyun təcrübəsi olmayan futbolçuları start heyətdə buraxmağınız səbəbi nədi?

– Bu gün meydanda olanlar ən yaxşılar idi. Qara Qarayev, Rahid Əmirquliyev  mənim üçün bu gün meydanda ən yaxşı idilər. Əzmkar oyun göstərdilər. Əfrana gəldikdə isə, o elə futbolçudu ki, hər an nəsə edə bilər. O, qeyri-adi futbolçudu. İkili mübarizələrdə yaxşıdı.

– Artıq demək olar ki, millinin optimal heyəti formalaşıb. Amma demək olar ki, bəzi futbolçular uyğunlaşa bilmir. Məsələn Əfran İsmayılov. Səhvlərlə yadda qalır. Əfranı oynatmağa məcbursuz?

– Sizinlə razı deyiləm. Əfranla bağlı fikirlərimiz çox fərqlidi. O, bizim üçün vacib oyunçudu. Əfran meydanda olanda komanda daha çox özünüinamlı oynayır, hücum edir.

– Qeyd etdiz ki, komanda bu gün maksimum səviyyədə mübarizə apardı. Bu maksimum Çexiya və Şimali İrlandiya ilə oyunlarda bəs edəcək?

– Dəqiq deyə bilmərəm. Amma belə oynasaq, istənilən komandanı məğlub edə bilərik.

– Adətən mətbuat konfranslarında jurnalistlərlə Prosineçki bir-birini başa düşmür. Sizin üçün Almaniya ilə oyun çətin keçdi, yoxsa mətbuat konfransı?

– Fikirlərimizin fərqli olmağı normaldı. Mən şadam ki, sizin suallarınıza cavab verirəm. İndi mən sizə sual verirəm. Bilirsiz bu gün komə qarşı oynadıq? Mənim üçün Almaniya dünyada ən güclü komandadı. Onları növbəti dünya çempionatının da favoriti hesab edirəm. Sualınıza gəlində, mənim üçün ən çətin olan komandanı oyuna hazırlamaq idi. Futbolçular sübut edirlər ki, fiziki durumları yaxşıdı. 90 dəqiqə mübarizə apara, sürətli futbol oynaya bilirlər.

– Gəldiyiniz gündən jurnalistlərlə aranızda fikir ayrılıqları olur. Biz jurnalistlər futbolu bilmirik, yoxsa sizin fəlsəfəniz tamam fərqlidi?

– Mən aqressiv danışmıram. Danışığım belədi. Heç vaxt sizin futbolu anlamadığınızı deməmişəm. Fikirlərimizn fərqli olmağı normaldı. Mən tənqidə açıqğam. Siz də komandaya inanmalısız. Müsbət halları yazmalısız. Təəssüflərolsun ki, yalnız mənfi halları yazırsız. Həmişə demirəm, heç olmasa yaxşı oynadığımız vaxt komandanı tərifləyin.

– Qara Qareyev öz oyununa görə artıq Premyer Liqamızın səviyyəsini aşıb. Berti Foqs demişdi ki, Azərbaycanlı futbolçular rahat şəraiti qoyub xaricə getmək istəmirlər. Onun xaricdə oynamağı ilə bağlı nə düşünürsüz?

– Sözsüz ki, mən futbolçularımın yaxşı komandalarda oynamasını istəyirəm. Özlərinə də bunu deyirəm. Mın futbolçunun əlindən tutub onu Avropaya apara bilmərəm. Özləri bunu istəməlidi.

– Millidə inkişaf hiss olunur. Komanda bu oyununu davam etdirə bilsə övbəti oyunlarda neçə xal toplamağı toplamaq söz verə bilərsiz?

– Neçə xal yığacağımızı söz verə bilmərəm. Çalışacağıq ki, bütün oyunlarda maksimum nəticə göstərək. Bizim üçün ən vacib yayda Bakıda Şimali İrlandiya qarşı oynayacağımız matçdı. Bu oyunda mütləq qələbə qazanmağa çalışacağıq.

– Dediz ki, komandamla fəxr edirəm. Almaniyaya vurulan qola görə komandanı mükafat gözləmir?

– Suala görə çox təəcübləndim. Biz uduzmuşuq. Yaxşı oynasaq da məğlub olduq. Mükafatdan xəbərim yoxdu. Bu məni maraqlandırmır. Mənim üçün ən vacib olan Şimali İrlandiyayla oyuna kimi futbolçuların yaxşı formada olmasıdı. 20 günlük təlim-məşq toplanışında olacağıq. Bu 20 gün ərzində 2 yoldaşlıq oyunu keçirəcəyik.

– Kamran Ağayevin oyunundan razı qaldız?

– Kamranın klubsuz qalması çox böyük problemdi. Ümid edirəm, tezliklə özünə klub tapar. İstedadlı futbolçudu. Künc zərbələrində ssəhvlərinin olub-olmadığını oyuna baxıb analiz etdikdən sonra biləcəyik. Mənə elə gəlir ki, onun buraxılan qollarda səhvi olmadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43