Dünya futbolu

Robert Prosineçki: “Bizdə qəribə adamlar var”

Millimizin baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, o, açıqlamasında Xorvatiya – Ukrayna matçında qeydə alınan nəticəyə görə yığmanı tənqid edənləri qınayıb.

Məsələ burasındadı ki, sözügedən qarşılaşmada Xorvatiya millisi rəqib üzərində 1:0 hesablı qələbəyə sevinib. Prosineçki də, açıqlamasında qələbəyə baxmayaraq, edilən tənqidlərə təəccübləndiyini bildirib:

“Bizdə qəribə adamlar var. Komanda qalib gəlib, amma tənqid edirlər. Halbuki Xorvatiya güclü komandaya qalib gəlib. Andrey Şevçenkonun gəlişindən sonra Ukrayna millisi daha yaxşı çıxış edir. Fikrimcə, bu qələbə sayəsində Xorvatiya Rusiyada keçiriləcək dünya çempionatına doğru ciddi addım atdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43