Milli komanda

Robert Prosineçki “Bursaspor”da?! (FOTO)

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyənin "Bursaspor" klubunu çalışdıracaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Türkiyənin məşhur "Hürriyet" qəzeti xəbər yayıb.

Məlumata görə, baş məşqçi Hamza Hamzaoğlu ilə yollarını ayıran "timsahlar" millimizin çalışdırıcısı Robert Prosineçki ilə razılığa gəlib.

Məlumatda bildirilir ki, tərəflər arasında 2,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabrından milli komandamızı çalışdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43