İdman

Robert Prosineçki: “Yəqin ki, bu gecə mənə yeni təklif gələcək”

Azərbaycan millisi ilə müqaviləsi başa çatacaq xorvatiyalı baş məşqçi Robert Prosineçki artıq Bakıya gəlib. 

İdmanxeber.com-un məlumataına görə, bu barədə Xorvatiyanın “Sport Arena” nəşri məlumat yayılıb.

Bildirilir ki, mütəxəssis AFFA ilə danışıqlar üçün Bakıya qayıdıb. O, ölkəmizə gəlməzdən öncə adıçəkilən nəşrə açıqlama verib. Prosineçki Azərbaycan millisində qala biləcəyi ilə bağlı xəbərlərə cavab verib: “Yəqin ki, bu gecə mənə yeni təklif gələcək. Bakı həqiqətən fantastik şəhərdir. Böyük paytaxtdır. Burada yaşamaq məni heç narahat etmir. Özümə olunan hörmət də kifayət qədərdir. Üstəlik, uşaqlar burada beynəlxalq məktəbə gedir və lazımi təhsili alırlar. Azərbaycan yığması ilə çox işlər görmüşük. Heç kimin bu danmağa haqqı yoxdur. Lakin yığmanın mənim ambisiyalarıma cavab verdiyinə əmin deyiləm”. Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisi ilə DÇ-2018-in seçmə mərhələsində 10 xal toplayıb. Onun sözləşməsi dekabrın sonunda bitəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43