Kateqoriyasız

Roberto Bordin: “Rəqibin azlıqda qalması xeyrimizə oldu”

“Nəticədən razıyam. Məqsədə bir addım da yaxınlaşdıq.  Çox çətin oyun oldu. İlk hissə daha da çətin keçdi. Təbii ki, rəqibində imknaları oldu. Ancaq bizdə də epizodlar var idi. İkinci hissə isə daha istəkli oynadıq. Sürəti artırıb, qolu vurduq. Rəqibin azlıqda qlamağı bizim xeyrimizə oldu. Nəticəyə görə çox sevincliyəm. Ancaq pis oluram ki, zədəli və cəzalı oyunçularım var. Oyunçularımı tərbik edirəm. Azarkeşlərimiz möhtəşəm idi”.

Bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində səfərdə  keçirilən “Sabah” oyunu sonrası deyib.

-Birinci hissədə heçnə alınmadı. Yalnız ikinci hissə meydan sahibləri azlıqd qaldıqdan sonra üstünlüyü ələ aldı. Bu, komandanın zəifliyini göstərir ?

-Hər halda, fərqli oyunlara baxmışıq. İlk hissədə Emin Mahmudov və Mirabdulla Abbasovun epizodları oldu. Onları görmədiniz ? Rəqibin də, bizim də imkanları oldu. Çempionatın sonlarıdır. Hər oyun rəqiblər azlida qalmayıb. Hər vəziyyətdə qələbə qazanmalıyıq.

-Hər kəs son çempionun turda bəllil olunacağnıı düşünür. Bəs, siz nə düşünürsünüz ?

-Bu fikirlə razı deyiləm. Hər oyuna qələbə qazanmalıyıq. Bütün oyunları qazanıb, sonra snuncu oyunu düşünməliyik.

-“Qarabağ”ın kubokda oynaması sizin xeyrinizə ola bilər ?

-Öz komandam haqqında düşünürəm. Onların mükəmməl heyəti var. Kifayət qədər geniş heyətə sahibdilər.

-Mirabdulla Abbasovda irəliləyiş var ?

– Bəli, onda irəliləyiş var. Təəssüf ki, bu gün qol vura bilmədi. Ancaq yenə də yaxşı idi. Sonaq qədər döyüşüb, mübarizə apardı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43