Dünya futbolu

Rodriges “İnter”ə “yox” dedi

“Volfsburq”un futbolçusu Rikardo Rodriges mövsümün sonunda “İnter”ə keçmək fikrində deyil.

İdmanxeber.com-un məlumatına görə, isveçrəli futbolçu yayda “İnter”ə keçmək üçün gələn bütün təklifləri rədd edəcək.

“Volfsburq” 24 yaşlı futbolçunun transferindən 22 milyon avro qazanmaq fikrindədir. Məhz belə bir məbləğ onun müqaviləsində qeyd edilib. Lakin “İnter”in ilkin təklifi yalnız 15 milyon avro təşkil edib.

Eyni zamanda Rodrigesin məvacibdə güzəştə gedəcəyi də gözlənilir. Hazırda o, 4 milyon alır. “İnter”də isə məvacib 2,5 milyon və bonuslar ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43