İdman

Roje Federer karyerasını daha üç mövsüm davam etdirəcək

Dünyanın ən məşhur tennisçilərindən olan Roje Federer karyerasını ən azı daha üç mövsüm davam etdirəcəyini açıqlayıb.

İsveçrə Tennis Federasiyasının açıqlamasında 35 yaşlı R.Federer ilə onun doğulduğu Bazel şəhərində keçirilən ənənəvi turnirə 2019-cu ilə qədər qatılması barədə razılığa gəlindiyi bildirilir.

Karyerasında daha əvvəl 7 dəfə qalib gəldiyi “Basel Indoors” turnirində mübarizə aparmaqdan məmnun olduğunu deyən tennisçi bu barədə bildirib: “Bazeldəki turnirdə iştirak etmək mənim üçün ən mühüm hadisədir”.

Cari mövsümdə Avstraliya açıq turnirinin finalında ispaniyalı Rafael Nadalı məğlub edərək çempion olan R.Federer bununla da 2012-ci ildəki “Wimbledon” turnirindən bəri ilk dəfə idi ki, “Grand slam” turnirində qalib gəlib.

Tennisçi üçün kifayət qədər yaşlı sayılmasına baxmayaraq, son mövsüm inamlı təsir bağışlayan R.Federer ümumilikdə 18 dəfə çempion olmaqla böyük dəbilqə turnirlərində ən çox qalib gələn kişi tennisçidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43