Ölkə futbolu

Roman Qriqorçuk: “Qəbələ”nin oyunu haqda danışmaq tezdir”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Antalya toplanışı çərçivəsində PSV-2-yə (Hollandiya) qarşı keçirdikləri yoxlama matçı (0:0) haqda fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, klubun saytına danışan ukraynalı mütəxəssis “Qəbələ”nin oyunu haqda danışmağın hələ tez olduğunu bildirib:

“Hazırda işlərimiz, hazırlıq prosesimiz davam edir. Ümumi nəsə demək üçün çox tezdir. Futbolçularımız səylə çalışır.  Oyunumuz haqda yalnız fevralın 1-i – “Bakı” ilə qarşılaşmadan sonra danışa bilərik. İndi həmin matça hazırlıq dövrünü keçirik”.

R.Qriqorçuk yeni transferlər haqda da danışıb: “Rəşad Sadiqov və Aleksey Qay təcrübəli futbolçulardır. Bizim onların oyununa, komandaya xeyir verəcəklərinə şübhəmiz yox idi. Onlar zaman ötdükcə öz səviyyələrini göstərirlər. Heyətimizə qatdığımız gənc futbolçular isə daha çox çalışmalıdırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43