Kateqoriyasız

“Roma”nın futbolçusu “Qarabağ”a qarşı oynaya bilməyəcək

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi İsveçrəni “Sürix” klubu iki futbolçusu ilə yolları ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, icarə əsasında komandada çıxış edən xorvatiyalı Ante Koriç müqavilə ilə məxsus olduğu İtaliya “Roma”sına qayıdıb.

Komanda 21 yaşlı müdafiəçisi –  Filip Freylə də yolları ayırıb. Onunla başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, “Qarabağ” “Sürix”lə ilk matçını iyulun 19-da evdə, cavab görüşünü isə iyulun 27-də səfərdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43