Kateqoriyasız

“Ümid edirik ki, “Neftçi” ilə oyunda nəticə bizim üçün müsbət olacaq” – “Aris”in forvardı

“Bir neçə həftə çətin hazırlıq keçdik. Ancaq “Neftçi” ilə oyunlara hazırlaşmaq baxımından düzgün yoldayıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Aris”in forvardı Miklali Mayambela Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə oyunu barədə danışarkən deyib.

Kipr mətbuatına açıqlama verən 25 yaşlı forvard daha sonra sözlərinə belə davam edib:

“Komanda hazırdı və ümid edirik ki, “Neftçi” ilə oyunda nəticə bizim üçün müsbət olacaq. Bu matçlara hazır olmaq bizim üçün vacibdi. Qalır meydançaya çıxıb öz işimizi görmək. “Aris”ə keçməyimin səbəblərindən biri də komandanın avrokuboklarda çıxış etməsidi. “Aris” avrokuboklarda ötən mövsümkündən daha yaxşı çıxış etməlidi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43