Dünyadan

Ronaldinyo “Gimnaziya La Plata”ya gedir?

Son illərdə adı dünyadakı bir çox klubla hallanan və son olaraq futbolu nöqtələyib, sabiq komandası “Barselona” üçün işə başlayan Ronaldinyo üçün yeni transfer söz-söhbəti daha ortaya atılıb.

İdmanxeber.com-un məlumatına görə, Argentina mətbuatı “Gimnaziya La Plata”nın braziliyalı əfsanə futbolçunu heyətinə qatmaq istədiyini bildirib.
Yaxın zamanda klub prezidentliyi üçün seçkilərin keçiriləcəyi Argentina təmsilçisində, namizədlərdən biri olan Gilyermo Marinin bu transferi vəd etdiyi məlumatı yayılıb.

Xatırladaq ki, 36 yaşılı Ronaldinyo, son olaraq ötən il “Fluminense” forması geymişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43