Dünya futbolu

Ronaldo başına gələnlərdən Peresi günahlandırır

Ronaldo son vaxtlar başına gələn hadisələrdən “Real”ın prezidenti Florentino Peresi günahlandırır. İtaliya mətbuatının yaydığı xəbərə görə, portuqaliyalı ulduz FİFA ilin ən yaxşı oyunçusu müsabiqəsini Modriçə uduzmasını, təcavüzlə bağlı çıxan iddiaları və “Valensiya” matçında gördüyü haqqsız qırmızının da arxasında Peresin olduğunu bildirib.

Qeyd edək ki, “Real”ın prezidenti Ronaldonun “Yuventus”a keçməsini istəməsə də, ulduz oyunçu “Real” azarkeşləri ilə sağollaşmadan birbaşa Turinə gedərək yeni klubu ilə müqavilə bağlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43