Dünyadan

Ronaldo, Benzema, Modriç oynamayacaq

“Real”ın futbolçuları Kriştiano Ronaldo, Kərim Benzema, Luka Modriç İspaniya La Liqasının 15-ci turunda “Deportivo”ya qarşı oynamayacaq.

İdmanxeber.com-un məlumatına görə, sözügedən oyunçular görüşün iştirak ərizəsinə daxil edilməyib. Komandanın baş məşqçisi Zinəddin Zidan Ronaldo, Benzema, Beylə klublararası dünya çempionatı öncəsi istirahət verməyə qərar verib.

Qeyd edək ki,  “Real” – “Deportivo” görüşü bu gün saat 23:45-də başlayacaq və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43