Kateqoriyasız

Ronaldo: “Mourinyo “Real”da olanda komandada pis atmosfer varıydı”

Portuqaliya millisinin və “Real” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo karyerası boyunca çalışdıqı məşqçilər barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, Ronaldo bu fikirləri söyləyib:

“Aleks Ferqyusonla dost münasibətimiz olub. Pelleqrini və Ancelottilə də aramız yaxşıdı. Ancaq mən futbolda dost yox, uğur qazanmalıyam. Mourinyo “Real”da olanda komandada pis atmosfer varıydı. Bəzilərində şəxsi səviyyədə problemlər yaranırdı. Digər oyunçular və azarkeşlərlə münasibəti bir-birindən çox fərqlənirdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43