Dünya futbolu

Ronaldo: “Real”dan Peresə görə getdim

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo Fransa mətbuatına müsahibə verib. O, “Real”dan ayrılma səbəbinin Madrid təmsilçisinin prezidenti Florentino Peres olduğunu söyləyib:

“Madrid klubunda çox yaxşı işlər görmüşəm. Orada kifayət qədər titullar qazanıb, klubun tarixinə keçmişəm. Ancaq son illər mənə qarşı olan münasibətdə dəyişiklik olduğunu gördüm. Sanki artıq oradan getməyimi istəyirdilər. Əsas da klub prezidenti Florentino Peres. Onunla hər qarşılaşanda baxışlarından belə bilinirdi ki, mənim klubdan getməyimi arzulayır. Son vaxtlar özümü orada istənməyən adam kimi hiss edirdim. Elə buna görə də oradan ayrıldım. “Real”dan ayrılmağımın ən böyük səbəbi klup prezidenti Florentino Peres olub”.

Qeyd edək ki, Kristiano Ronaldo bu mövsüm 100 milyon avro qarşılığında “Kral Klubu”ndan “Yuventus”a transfer olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43