Kateqoriyasız

Ronaldo üçün ən yaxşı futbolçular kimdi?

Braziliya millisinin sabiq üzvü Ronaldo hazırda dünyanın ən yaxşı mərkəz hücumçularının adlarını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, bu baərəd “Calciomercato” nəşri məlumat yayıb.

Ronaldo üç futbolçunu fərqləndirib:

“Üç futbolçunu qeyd edə bilərəm. Bunlar Robert Levvandovski, Luis Suares və Kərim Benzemadır. Birgə oynadığım ən yaxşı futbolçulara gəlincə, birini fərqləndirməyim mümkün deyil.

Uzun siyahı tuta bilərəm. Ancaq ağlıma Nesta, Zanetti, Pirlo, Maldini, Fiqu, Raul, Baco və Stoiçkov kimi futbolçular gəlir. Bununla belə, Braziliya millisində də birgə oynadığım xeyli yüksək səviyyəli futbolçular olub”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43