Dünya futbolu

Ronaldonun əlində tarixi imkan var

“Avro-2016″da Uelslə 1\4 final matçında fərqlənən Kristiano Ronaldo daha bir rekorda imza atıb.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı ulduz futbolçu Avro çempionatlarında 9-cu qolunu vurub.

Bununla da o, Fransanın əfsanəvi futbolçusu Mişel Platininin 9 qolluq rekordunu yeniləyib. 

Qeyd edək ki, 31 yaşlı hücumçunun final qarşılaşmasında daha bir qol vuracağı təqdirdə bu rekordu tək başına daşıya bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43