Dünyadan

Ronaldonun heykəlinin üzərinə Messi yazdılar (FOTO)

“Real” (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonun Portuqaliyadakı heykəli bir qrup şəxs tərəfindən hücuma məruz qalıb.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb ulduz futbolçunun “Qızıl top” mükafatı uğrunda yarışda növbəti dəfə Lionel Messiyə uduzması olub.

Futbolçunun doğulduğu Madeyra şəhərindəki heykəlinə hücum edən bir qrup şəxs onun üzərinə qırmızı boya ilə Messi və argentinalı futbolçunun geyindiyini formanın nömrəsi olan “10” rəqəmini yazıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43