Kateqoriyasız

Ronaldoya Avropadan təklif yoxdur

Kristiano Ronaldo Avropa klublarının heç birinin maraq dairəsində deyil.

İdmanxeber.az xarici mətbuata istinadən bildirir ki, ulduz oyunçu üçün yerganə rəsmi təklif Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubundan gəlib.

Ronaldonun karyerasını Avropada davam etdirmək istədiyi ancaq hazırda bunun real görünmədiyi də vurğulanıb.

Qeyd edək ki, İngiltərə təmsilçisi “Mançester Yunayted”lə müqaviləsi ləğv edilən Kriştianu Ronaldu hazırda azad agent status daşıyır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43