İdman

Rusiya yarışdan kənarlaşdırıla bilər

Rusiya Olimpiya yığması növbəti dəfə cəzaya məruz qala bilər.

İdmanxeber.com-un məlumatına görə, bir çox idmançısı dopinqdə ilişən şimal qonşularımız avqustun 5-də Rioda start götürəcək XXXI Yay Olimpiya Oyunlarında boks yarışlarından da uzaqlaşdırılmaq təhlükəsi ilə üz-üzədi.

 

Belə ki, onların Olimpiadaya buraxılması üçün hələ qərar verilməyib. Bunu AİBA-nın prezidenti Çinq-Kuo Vu açıqlayıb. Onun sözlərinə görə, qurumun özü də bu məsələdə hələlik hansı qərarın veriləcəyini gözləyir: “Biz BOK komissiyasının qərarını gözləyirik. Ümid edirəm ki, Rusiyanın bütün boksçuları yarışa buraxılacaq. Amma hələ rəsmi qərar yoxdu”.

 

Qeyd edək ki, Rusiya boksçuları bütün ölkələrin, o cümlədən Azərbaycan millisinin də ciddi rəqibi hesab olunur. Onların yarışa buraxılmaması təmsilçilərimizin medal yolunu asanlaşdıra bilər. (Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43