Dünyadan

Rusiya yoxlama oyununa 300 min avro ödəyəcək

Rusiya və Belçika komandaları 2017-ci ildə Soçi şəhərində yoxlama oyunu keçirmək üçün razılığa gəliblər.

Bu haqda Belçika mətbuatı məlumat yayıb.

Bildirilib ki, rəqibin bütün yol, otel və qidalanma xərcini ruslar öz üzərinə götürüb. Bundan başqa, bu oyun üçün Belçika Futbol Federasiyasına əlavə 300 min avro da ödəniləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43