Dünya futbolu

Ruslan Abışov: “Əgər uşaqlarımın futbola sevgisi olmasa, onları buna məcbur etməyəcəm” – VİDEO

Millimizin və “Rubin”in yarımmüdafiəçisi Ruslan Abışov beynəlxalq futbol günündə komandanın gənc üzvləri ilə görüşüb.

Abışov görüşdə gənc futbolçuların suallarını cavablandırıb:

“Karyeramı bitirdikdən sonra nə ilə məşğul olacam? Karyeramı 35 yaşımda başa vurmağı düşünürəm. Sonra isə bizneslə məğlub olacam (gülür). Baş məşqçi? Yox, bu, çətin işdir (gülür)”.

“Uşaqlarım futbolçu ola bilər? Əgər uşaqlarımın futbola sevgisi olmasa, onları buna məcbur etməyəcəm. Mən uşaq olarkən hər zaman futbolu izləyirdim. Kumirim sabiq ispaniyalı müdafiəçi Fernando Yerro idi. Hazırda isə Serxio Ramos və Xabi Alonsonun oyununu bəyənirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43