Dünya futbolu

Ruslan Abışov Rusiya Premyer Liqasında debüt edəcəkmi?

Bu gün Ruslan Abışovun formasını geyindiyi “Rubin” Rusiya Premyer Liqasının V turunda növbəti oyununu keçirəcək.

Kazan təmsilçisi “Spartak”ın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 16:45-da start götürəcək. Ruslanın bu görüşdə oynayıb-oynamayacağı dəqiqləşməyib. Xatırladaq ki, cari mövsüm Abışov Rusiya Premyer Liqasında debüt edə bilməyib. 

Qeyd edək ki, “Rubin” 6 xalla turnir cədvəlində 8-cı yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43