Kateqoriyasız

Ruslan Abışovun yeni klubu müəyyənləşdi

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi “Neftçi”dən ayrılan Ruslan Abışovla 2 illik müqavilə bağlayıb.

Futbolçu karyerasına “Neftçi”də başlayan Abışov, daha sonra “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” və Rusiyanın “Rubin” klubunun uğurları üçün çalışıb.

Qeyd edək ki, Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43