l Divizion

Ruslan Tağızadə: “Məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaqdı”

“Səbail”in qış transfer dövründəki yeni transferlərindən olan Ruslan Tagizade klubun rəsmi “facebook” səhifəsinə komandaya keçidi ilə bağlı açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, bu gün ağ-göy formayla keçirdiyi ilk oyununda  – MOİK-ə qarşı yoldaşlıq görüşündə klubdakı qol hesabını açan 23 yaşlı yarımmüdafiəçi bunları deyib:

“Səbail” gələcək üçün hədəfləri olan klubdu. Birinci dövrənin sonuna yaxın klub mənə təklif göndərdi, mən də razılaşdım. “Səbail”də komandanın uğurlu çıxışı üçün rəhbərlik tərəfindən hər cür şərait yaradılıb. Yanvarın 14-də toplanışın davamı üçün Antalyaya yola düşəcəyik. Məqsədimiz yaxşı hazırlıq keçmək və çempion olub, Premyer Liqaya vəsiqə qazanmaqdı. İnanıram ki, mən də bu çempionluq yolunda komandaya öz oyunumla töhvə verə biləcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43