Kateqoriyasız

Rüstəm Əhmədzadə də millimizə çağırıldı

Ukraynanın “Minay” klubunun daha bir futbolçusu – Rüstəm Əhmədzadə Azərbaycan millisinə çağırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Anatoli Nuriyev və Rüstəm Əhmədzadənin yığmamıza dəvət olunduğu bildirilib.

Bu futbolçular millimizin qarşıdan gələn təlim-məşq toplanışında iştirak edəcəklər. Millimizin hazırlığı mayın 22-dən iyunun 6-na qədər davam edəck.

Qeyd edək ki, Rüstəm Əhmədzadə millimizə ilk dəfə dəvət edilir. Anatoli Nuriyev artıq yığmada 3 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43