Ölkə futbolu

“Səbail” Makedoniyadan qapıçı transfer edir

Makedoniyanın “Rabotniçki” klubunun üzvü Daniel Bojinovski karyerasını “Səbail”də davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu təcrübəli qolkiperlə ilkin razılıq əldə edib. Bu gün Bojinovski Bakıya gələcək.

Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacağı bildirilir. Müqavilə 1 illik nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43