Ölkə futbolu

“Səbail” qələbəni əldən verdi, “Neftçi” – “Kəpəz” oyununda 4 qol – YENİLƏNİB

Milsi Premyer Liqasında XXVII tur davam edir.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk görüşündə “Səbail” “Turan Tovuz”la qarşılaşıb. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1. Hərəyə bir xal qazanan komandaların turnir cədvəlindəki mövqeyləri dəyişməyib.

Pyataxt təmsilçisi 18 xalla sonuncu, Tovuz klubu isə 28 xalla 6-cı pillədə qərarlaşıb.

Günün digər oyunu isə “Neftçi” ilə “Kəpəz” arasında baş tutub. Qarşılaşmada 4 qol qeydə alınsa da, qalib olmayıb – 2:2.

Bu nəticənin ardından “Neftçi” xallarının sayını 56-ya yüksəldərək üçüncü pillədəki yerində qalıb. Gəncə klubu isə 22 xalla 8-ci sıradakı “Sumqayıt”ı keçərək yeddinci pillədə qərarlaşıb.

Premyer Liqa
XXVII tur
16 mart (cümə axşamı)

16:00. “Səbail” – “Turan Tovuz” 1:1

Qol: David Qomis, 28, Turan Vəlizadə, 45
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”

19:00. “Neftçi” – “Kəpəz” 2:2

Qol: Yusif Nəbiyev, 57 (0:1), Emin Mahmudov, 65 (1:1), Eddi İsrafilov, 71 (2:1), Salif Sisse, 73 (2:2)
Hakimlər: Elçin Məsiyev, Namiq Hüseynov, Elşad Abdullayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43