Ölkə futbolu

“Səbail”dən Zakpa açıqlaması

Misli Premyer Liqasının 35-ci turunda “Səbail” səfərdə “Turan Tovuz”la qarşılaşıb.

Oyunda 2:0 geriyə düşən “dənizçilər” matçda geridönüş edərək bir xal qazana biliblər (2:2). Komandanın ikinci qolunu vuran Qoba Zakpanın yaşadığı sevinc isə ciddi müzakirələrə yol açıb.

Belə ki, qol sevincini qeyri-etik davranışla qeyd edən 31 yaşlı oyunçuya yerli azarkeşlər sosial şəbəkə hesablarından sərt təpki göstəriblər.

Zakpanın bu davranışının səbəbini özündən öyrənmək istəsə də, klubun mətbuat katibi Sənəm Fərhadova oyunçulara “Şamaxı” ilə vacib oyun öncəsi mətbuata danışmasının qadağan olduğunu bildirdi.

O, yaşanan hadisə ilə bağlı idmanxeber.az saytına bunları dedi:

“Bu davranışı ilə bağlı futbolçuyla müzakirə aparılacaq. Daha sonra isə mətbuata açıqlama verəcəyik. Sadəcə qeyd etmək istəyirik ki, Zakpa bu hərəkəti nə telekrana, nə rəqib komandaya, nə də azarkeşlərin olduğu istiqamətə edib. Qeyd etdiyimiz kimi qısa müddətdə klubun mövqeyi bildiriləcək”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43