Dünya futbolu

“Milan” “Çelsi”li ilə anlaşır

“Çelsi”nin yarımmüdafiəçisi Ruben Loftus-Çik karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Milan” 27 yaşlı ingilis futbolçuyla anlaşmağa yaxındır. Futbolçunun özü də İtaliyada oynamaq istəyir.

27 yaşlı yarımmüdafiəçi bu mövsüm “Çelsi”nin heyətində 31 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. İngiltərəli oyunçunun dəyəri 25 milyon avro qiymətləndirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43