Ölkə futbolu

Sonuncu turun proqramı bəlli oldu – Premyer Liqa

Misli Premyer Liqasında XXXVI turun oyun cədvəli açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

27 may (şənbə)

17:30. “Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”

17:30. “Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu

20:00. “Səbail” – “Şamaxı”
“ASCO Arena”

28 may (bazar)

17:00. “Neftçi” – “Sabah”
“Bakcell Arena”

19:30. “Qarabağ” – “Turan Tovuz”
“Azersun Arena”

Qeyd edək ki, 2022/2023 mövsümünün çempionu “Qarabağ”, eləcə də, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibi “Sabah”la “Neftçi” medallarını son turun oyunundan sonra “Azersun Arena”da təşkil olunacaq mükafatlandırma mərasimində alacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43