Ölkə futbolu

Premyer Liqa: Tovuz birinci sırada

Misli Premyer Liqasının 35-ci turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun ən az azarkeşi “Kəpəz” – “Neftçi” görüşündə qeydə alınıb. Qəbələ şəhər stadionunda keçirilən oyunu tribunalardan 400 azarkeş izləyib.

Azarkeşlərin az maraq göstərdiyi daha bir qarşılaşmada Premyer Liqanın ikincisi “Sabah” avrokuboklara iddialı olan “Zirə”ni qəbul edib. Görüşdə 450 tamaşı qeydə alınıb.

Çempionluğu təmin etmiş “Qarabağ”ın doma meydanda “Sumqayıt”la matçını 650 tərəfdar izləyibsə, Şamaxının eyni adlı komandasını “Qəbələ” ilə görüşdə 1200 azarkeş dəstəkləyib.

Tuurn ən çox maraq göstərilən matçı Tovuzda baş tutub. Yerli komandanın “Səbail”lə qarşılaşmasını 3500 fanat qeydə  alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43