Kateqoriyasız

“Səbail”i darmadağın etdilər

Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən “Səbail” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

İdmanxeber.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv yerli “Saburtalo” komandası ilə qarşılaşıb. Görüş Gürcüstan təmsilçisinin 5:2 hesablı qələbəsiylə başa çatıb.

“Səbail”in hər iki qolunu Rauf Əliyev vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43