Dünya futbolu

Səfər qolu qaydası ləğv olunsun- UEFA-ya müraciət

Baş məşqçilər bu qaydanın ləğv olunmasını istəyir.

Dünən İsveçrənin Nyon şəhərində Avropanın aparıcı baş məşqçiləri arasında form keçirilib. Formda dəvət olunan baş məşqçilər səfər qolunun önəmi qaydasının ləğv olunması üçün UEFA-ya müraciət ediblər.

Bu barədə qurumun yarışların təşkili üzrə direktoru Corco Marketti məlumat verib: “Onların fikrincə, indi səfərdə qol vurmaq heç də çətin deyil. Məşqçilər hesab edirlər ki, futbolda vəziyyət dəyişib və indi səfər qolunun əhəmiyyəti bu qaydanın tətbiq olunduğu uzun illər əvvəki kimi deyil”.

Qeyd edək ki, Pep Qvardiola (“Mançester Siti”), Dieqo Simeone (“Atletiko”) və “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan tədbirə dəvət almayıb.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43