Kateqoriyasız

“Sabah” braziliyalı hücumçu transfer etdi – Rəsmi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu Lukas Rangellə mövsümün sonuna kimi müqavilə bağlanıb.

27 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016/17), Avstriyanın “Kapfenberger” (2017/18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Demirspor” (2020/21) klublarında çıxış edib. Lukasın son klubu Ukrayna “Vorskla”sı (2021/22) olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43