Ölkə futbolu

“Sabah” – “Keşlə” matçı BOS-da olacaq

Oyunun yeri dəyişdirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Keşlə”  sentyabrın 9-da “Sabah” ilə yoxlama matçı keçirməyi planlaşdırır. Matç əvvəlcədən təyin edildiyi “Əlincə Arena” stadionunda yox, Bakı Olimpiya Stadionunun 1-ci meydançasında keçiriləcək.

Oyun saat 17:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43