Ölkə futbolu

“Sabah” legioneri ilə yolları ayırdı

“Sabah” futbolçusu Miloş Bosançiçlə yolları ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Serbiyalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, 30 yaşlı futbolçu ötən ilin setyabrından “Sabah”da çıxış edirdi. O, bundan əvvəl isə iki ay “Keşlə”də oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43