Kateqoriyasız

“Sabah” “qoca”nın ümidinə qalıb – siyahı

“Sabah” Premyer Liqada mövsümünün ikinci yarısı üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunun heyətində 21 futbolçu yer alıb. Çempionatın debütantının təqdim etdiyi siyahıda cəmi bir hücumçu – 36 yaşlı Marko Deviç yer alıb.

Qapıçılar: 1. Tərlan Əhmədli, 30. Saşa Stamenkoviç;

Müdafiəçilər: 13. Filip İvanoviç, 25. Vanderson Naskimento, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 33. Eltun Turabov, 19. Məqsəd İsayev;

Yarımmüdafiəçilər: 88. Elçin Əsədov, 15. Erik Ramos, 11. Elgün Nəbiyev, 27. Bəxtiyar Soltanov, 8. Elşən Abdullayev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 10. Cavid İmamverdiyev, 22. Miloş Bosançiç, 7. Rəşad Eyubov, 91. Coşqun Diniyev, 17. Təmkin Xəlilzadə;

Hücumçu: 9. Marko Deviç.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43