Ölkə futbolu

“Sabah”da fransalı hücumçu – Rəsmi

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Qvineya əsilli fransalı futbolçu Amadu Diallonun keçidini həll edib. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.

Diallo karyerası ərzində “Monako B” (Fransa), “Namur” (Belçika), “Vayt Star” (Belçika), “Serkl Brügge” (Belçika) klublarının uğurları üçün çalışıb. O, son mövsümdə Fransanın “Red Star” klubunda çıxış edib. Amadu Qvineya millisinin U-23 komandasının da üzvü olub.

Qeyd edək ki, bu, “Sabah”ın mövsümlərarası fasilədə 6-cı transferidir. Bakı klubu daha əvvəl Cavid Tağıyev, Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Bəhlul Mustafazadəni heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43