Ölkə futbolu

“Sabah”ı sevindirən məqam: iki legionerindən biri sıraya döndü

Misli Premyer Liqasının XVI turur çərçivəsində “Sabah” “Şamaxı”nı qonaq edəcək.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, komandanın heyətində cəzalı futbolçu yoxdu. “Sabah”ın yalnız bir futbolçusu – Zurab Oçiqava zədəlidi.

Digər zədəli  – Fofana artıq komanda ilə birgə məşqlərdə iştirak edir. Komandada başqa hər hansı bir zədəsi olan futbolçu yoxdu və kollektiv tam tərkibdə “Şamaxı” ilə matça hazırlaşır.

Dekabrın 3-də keçiriləcək “Sabah” – “Şamaxı” oyunu saat 17:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43