Kateqoriyasız

“Sabah”ın Bakı planı müəyyən, digəri qeyri-müəyyən – AÇIQLAMA

Transfer çalışmalarında fəallıq göstərən “Sabah”ın yay hazırlıq planı bəllidi.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdmanxeber.az-a açıqlamasında bunları dedi:

“Komanda növbəti mövsümün hazırlıqlarına iyunun 26-da Bakıda başlayacaq. Hazırlığın ilk 3 həftəsi ölkə daxilində baş tutacaq. Yay təlim-məşq toplanışının ikinci hissənin ölkə xaricində olması planlaşdırılır. Ancaq hansı ölkədə olacağı hələ ki, dəqiqləşməyib. Bir neçə variant nəzərdən keçirilir. Yay hazırlıq planımız tam bəlli olanda, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Masazır klubunun rəsmisi transfer məsələlərinə də toxunub:

“O ki qaldı transferlərə, yay fasiləsində artıq 4 futbolçu ilə – Anatoli Nuriyev, Tellur Mütəllimov, Davit Volkov və Namik Ələskərovla müqavilə bağlamışıq. Bir neçə futbolçu ilə də müqavilə müddəti uzadılıb. Bu istiqamətdə işlərimiz davam edir. Hər hansı yenilik olsa, ictimaiyyətə məlumat veriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43