Kateqoriyasız

Sabiq futbolçusu “Qəbələ” haqda danışdı: “Özümü türmədə hiss edirdim”

“Gələcəyimi düşünməli idim. Ailə qurmaq, ev almaq istəyirdim. “Styaua” oynamaq və orada qalmaq təhlükəsiz deyildi. Orada möhkəmlənmək riskli ola bilərdi”.

İdmanxeber.az-ın məlumtına görə, bu sözlər “Qəbələ”nin sabiq futbolçusu Daniel Subotiçə məxsusdu.

“Qəbələ” həmin vaxt Subotiçə illik maaş kimi təqribən 2 milyon manat verirdi.

Subotiç Qəbələdəki həyatın cansıxıcı olduğunu deyib: “Şəhər ölü idi. Restoran və mağazalar yox idi. Özümü türmədə hiss edirdim”.

“Əl-Qədsiə” klubunda illik 1 milyon İsveçrə frankına (1,7 milyon manat) oynayan Subotiç 2013/14 mövsümündə “Qəbələ”də oynayıb. O, 2017-ci ilin qış fasiləsində “qırmızı-qaralar”a qayıtdıqdan 6 ay sonra klubu tərk etdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43