Maqazin

Sabiq “Neftçi”li döyüldü, azərbaycanlı güllə yarası aldı

“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç, 48 yaşlı Yaşar Ustanov adlı Azərbaycan vətəndaşı və Vladimir Miloeviç adlı şəxs Serbiyanın paytaxtı Belqradda naməlum şəxslərin hücumuna məruz qalıb.

Hadisə dünən səhər kafelərdən birində baş verib. tərəflər arasında mübahisə şəhər PUB-larından birində yaranıb, sonra isə kafedə davam edib. Miçoviçin qarşı tərəfdən bir neçə nəfəri döydüyü iddia edilir. Buna cavab olaraq silahdan istifadə olunub.

Tərəflər arasında baş verən qarşıdurma nəticəsində Miçoviç başından xəsarət, Yaşar adlı Azərbaycan vətəndaşı isə bud nayihəsindən güllə yarası alıb. Bundan sonra atəş açan və hücum edən şəxslər hadisə yerindən qaçıblar.

Qeyd edək ki, Miçoviç 2005-2010-cu ildə “Neftçi”də oynayıb. 2014-cü ildə isə bu komandada məşqçi kimi fəaliyyət göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43