Ölkə futbolu

Sabiq PAOK-lu “Keşlə”də

“Keşlə” heyətini gücləndirib

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi bir müddətdir klub düşərgəsində baxışda olan yunanıstanlı oyunçu Georgios Georgiadislə müqavilə imzalayıb. Baş məşqçi Mladen Milinkoviç “Sabah”a qarşı yoxlama oyununda meydana çıxan futbolçunun hazırlıq durumunu bəyənib.

30 yaşlı futbolçu ilə bu ilin sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Georgios karyerası ərzində “Panserraikos”, PAOK, “Veria”, “Ermis” və “Doxa Dramas” kimi klublarda forma geyinib. O, Yunanıstanın əsas milli komandasının heyətində 3 qarşılaşmada iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43