Dünya futbolu

Sabiq “Qəbələ”liyə 10 min avro cərimə

Hollandiya mətbuatının verdiyi məlumata görə, “Qəbələ”nin sabiq futbolçusu Dion Malenein meneci onu məhkəməyə verib. Futbolçunun agenti Con Veldman Malenenin ondan xəbərsiz “Den Haaq”la danışıqlar aparıb razılaşmaya gəldiyinə görə bu addımı atdığını bildirib.

Məhkəmə isə sabiq “Qəbələ”linin menecerinə  10 min avro təzminat ödəməsinə qərar verib.

Malone ötən mövsüm “Qəbələ”də 20 oyun keçirib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43