Kateqoriyasız

Sabiq “Xəzər Lənkəran”lı: “Bir xalı “Xəzər Lənkəran”a hədiyyə etdik”

“Oyun bərabərliklə başa çatdı. Nə deyim? Qələbə qazandığımız oyunda 1 xalı “Xəzər Lənkəran”a hədiyyə etdik. Heç nədən vacib 2 xal itirdik”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Denis Sİlva deyib.

Braziliyalı futbolçu uğursuzluqda hamının günahının olduğunu bildirib:

“İkinci yarıda fikirləşmədiyimiz hallar baş verdi. Uğursuzluqda hamının günahı var. Komanda olaraq bundan dərs almalıyıq. Çalışmalıyıq ki, belə hal bir də təkrarlanmasın”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43