Ölkə futbolu

Sadıq Sadıqov: “Berti Foqtsa nifrət edirdim”

Oktyabrın 15-də keçirilən Azərbaycan-Rusiya qarşılaşmasından sonra idman ictimaiyyətini şoka salan olduqca maraqlı məqamlar yaşanıb. Virtualaz.org-un əldə etdiyi ilginc məlumatlardan biri “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovla bağlıdır.

Oyunu AFFA-nın prezidenti Rövnəq Abdullayevlə birgə VİP lojadan izləyən Sadıqov qarşılaşmanın başa çatmasına bir neçə dəqiqə qalmış tribunadan enərək meydança yaxınlaşıb.

Final fitindən sonra isə meydana daxil olub. Oyun başa çatan kimi futbolçuları bir-bir qucaqlayıb öpən “Neftçi”nin prezidenti millinin baş məşqçisi Berti Foqtsa da eyni jesti göstərib.

Foqtsu qucaqlayan Sadıqov tərcüməçiyə belə deyib: “Foqtsa de ki, mən ona nifrət edirdim. Amma indi ondan xoşum gəlir…”

Foqts isə Sadıqovun bu sözlərini təbəssümlə qarşılayıb.

virtualaz.org


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43