Ölkə futbolu

Sadıqovun “qara siyahı”sı hazırdı: qışda bu futbolçu göndəriləcək – ÖZƏL

Hal-hazırda Premyer Liqada qərarlaşan AZAL qış transfer dönəmində bir neçə futbolçu ilə yollarını ayıra bilər.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Premyer Liqanın geridə qalan 13 turu ərzində bir dəfə də olsun start heyətində yer almayan Freddi Borq Vaqif Sadıqovun “qara siyahı”sına düşüb.

“Təyyarəçilər”in baş məşqçisi İsveçdən alınan hücumçunun onlara fayda vermədiyini görüb, komandadan göndərmək qərarına gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43