Kateqoriyasız

Sahib Ələkbərov: “Bu, Azərbaycanın qələbəsidir”

“Əvvəlcə yarışı yüksək səviyyədə işıqlandırdığına görə mətbuat nümayəndələrinə təşəkkür edirəm. Komandamızın qazandığı uğurda media işçilərinin də də rolu var”. 

İdmanxeber.com-un məlumatına görə, məlumatına görə, bu sözləri “Tour d’Azerbaidjan-2016” veloturunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.

“Tour d’Azerbaidjan-2016″nın yekunu ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Sahib Ələkbərov komanda hesabında ardıcıl ikinci il qalib olan “Synergy Baku”nun uğurunu yüksək dəyərləndirib: “Bu, Azərbaycanın qələbəsidir. Yarış gərgin mübarizə şəraitində keçdi. Dünyanın bir çox ölkələrindən olan komandalar turnirdə mübarizə aparırdı. Azərbaycan artıq böyük tədbirlərə ev sahibliyi etməyə öyrəşib. Cənab Prezidentimiz İlham Əliyevin dəstəyini qeyd etmək istərdim. Dövlət başçımız daim idmana böyük qayğı göstərir. Təsadüfi deyil ki, velosiped yarışları dünyanın çox az sayda ölkəsində keçirilir. Azərbaycan bu baxımdan hər hansı problem yaşamır. Yerində ortaya çıxan kiçik problemləri də dərhal həll edirdik”. 

Sahib Ələkbərov gələcəkdə “Tour d`Azerbaidjan”ın mərhələlərinin sayının artırıla biləcəyini istisma etməyib: “Ağsu aşırımı demək olar ki, hazırdır. Orada müəyyən qədər yolda təmir aparılır. Əgər gələn ilə kimi işlər yekunlaşsa, mərhələlərdə dəyişiklik ola bilər. Biz yarışın daha maraqlı, daha gərgin olmasının tərəfdarıyıq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43