Kateqoriyasız

Şahin Diniyev: “İki xal itirdik”

“İlk növbədə jurnalistlərə və azarkeşlərə təşəkkür edirəm. Oyuna gəldikdə isə dramatik bir görüş alındı. Biz ikinci hissədə oyunda nəticə baxımından dəyişiklik etmək istədik. Buna görə də əvəzetmə etdik”.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 10-cu turunda “Zirə” ilə bərabərə qaldıqları matçdan (2:2) sonra deyib.

O,  ilk hissədə müdafiəçilərin kobud səhvindən qollar buraxdıqlarını bildirib:

” Belə qollar buraxmamalı idik. Düşünürəm ki, bu oyun “Kəpəz”in oyunu olmalı idi. Məncə, bu gün 1 xal qazanmadıq, 2 xal itirdik. Biz oyunun taleyini həll edə bilmədik, lakin buna məcbur idik. Sevindirici haldır ki, “Kəpəz” 4 oyundur məğlub olmur. Ən əsası futbol sərgiləyirik, düzgün yoldayıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43